Ukraynada millətçilər polis kordonunu yararaq müxalifətdən olan deputat, Inter TV-nin sahiblərindən biri Serhiy Lyovochkin-nin evinə giriblər.
Radikal fəalları qəzəbləndirən 2-ci dünya müharibəsi dövründəki ukraynalı millətçilərin adının küçələrə verilməsinə qarşı televiziyada yayımlanan bəyanat olub.
Ukrayna polisi mayın 10-da baş vermiş toqquşmalar zamanı bir polis əməkdaşının və insidenti işıqlandıran bir jurnalistin xəsarət aldığını bildirir.
Inter TV həmişə separatçılara rəğbətdə və rusiyapərəst yanaşmada suçlanıb.
Mayın 9-da millətçilər Inter TV-nin Kiyevdəki ofisi qarşısında da etiraza yığışıblar.
2016-cı ildə televiziyanın Kiyev ofisində zorakı etirazlar olmuşdu, ofisi yandırmışdılar.