Qazaxıstanlı maqnat Zhomart Ertaev Rusiyada böyük məbləğdə maliyyə fırıldağında şübhəli bilinərək saxlanıb. Məlumatı Qazaxıstanın Daxili İşlər Nazirliyi təsdiqləyib.
Nazirliyin mayın 10-da yaydığı bəyanatda deyilir ki, Ertaev Qazaxıstanda Bank RBK-da məsləhətçi işlərkən saxta şirkətlərə 80 milyon dollardan artıq kredit ayrılmasına köməkdə şübhəli bilinir.
Nazirlik Ertaev-in ekstradisiyasından ötrü danışıqların aparıldığını bildirir.
Daha öncə Rusiya və Qazaxıstan mediası Moskva polisinin mayın 8-də Ertaev-i saxlaması barədə məlumat yaymışdı. Onun Moskva-Citi biznes kompleksi yaxınlığında saxlandığı qeyd olunurdu.
Ertaev 2009-cu ildə Qazaxıstan doqquz ay həbsdə qalıb. Mənimsəmədə ittiham olunsa da, sonradan ittihamlar ləğv olundu. Sonradan ona daha yüngül ittihamlar irəli sürüldü və çəkdiyi 9 aylıq həbs qətimkan tədbiri yetərli hesab olundu.