Mirziyoev Vaşinqtona gedəcək

Donald Trump (sağda) və Shavkat Mirziyoev

Özbəkistan prezidenti Shavkat Mirziyoev bu ay Vaşinqtonda ABŞ prezidenti Donald Trump ilə danışıqlar aparacaq.

Ağ evin sözçüsü Sarah Huckabee Sanders-in deməsinə görə, səfər mayın 16-na planlaşdırılır.

Mayın 10-da yayılmış açıqlamada deyilir ki, iki prezident ölkələrinin “birgə maraqları, mövcud problemlərin həllindən ötrü ikitərəfli strateji tərəfdaşlığını bərpa edəcək”.

Prezidentlərin ticarət, investisiya, regional təhlükəsizlik, Əfqanıstandakı durumu da müzakirə edəcəyi bildirilir.