Müdafiə naziri Zakir Həsənov Türkiyəyə səfər edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, sabah, mayın 9-da baş tutacaq səfərdə onu geniş tərkibli nümayəndə heyəti müşayiət edəcək.
Hazırda Türkiyədə «Efes-2018» beynəlxalq təlimlər keçirilir. Z.Həsənovun başçılığı ilə nümayəndə heyəti təlimlərin yekun mərhələsi zamanı təşkil ediləcək Yüksək Səviyyəli Qonaqlar günündə iştirak edəcək. Həmin tədbir İzmirdə düzənlənəcək.
«Efes-2018» beynəlxalq təlimləri aprelin 11-də başlayıb. Təlimlərdə Azərbaycan Ordusunun 100-dən artıq hərbi qulluqçusunun iştirak etdiyi bildirilir.
Bu təlimlərə ümumilikdə 19 dost və müttəfiq ölkənin hərbi qulluqçularının qatıldığı açıqlanıb.