Türkiyənin xarici işlər naziri rus turistlərə rusca müracət etdi (Video)

Mevlut Chavushoglu

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu CNN Turk-ə müsahibəsində həm də rus turistlərə rusca müraciət edib.

Nazir onları Antalyaya səfər etməyə çağırıb, Antalyanın gözəlliyindən, türk mətbəxinin məziyyətlərindən danışıb.

Türkiyə rus təyyarəsini vurandan sonra iki ölkə arasında münasibətlər pozulsa da, Rusiya öz vətəndaşlarının Türkiyədə istirahətinə maneələr yaratsa da, son dövrlər Kreml və Ankara əlaqələri bərpa ediblər.