Cambridge Analytica əməliyyatları dayandırır

Cambridge Analytica-da işləmiş, informasiyanı sızdırmış Christopher Wylie

Britaniyada mənzillənən Cambridge Analytica data təhlili şirkəti özünün və təsisçi şirkətinin dərhal qapadıldığını bildirir.

Bu şirkət Birləşmiş Ştatlarda seçicilərin hədəfə alınmasından ötrü onların Facebook məlumatlarını qanunsuz ələ keçirmək ittiham olunub.

Şirkət mayın 2-də bildirib ki, daha əməliyyatları rentabelli hesab etmir və təsisçi SCL Elections şirtkətylə birlikdə ABŞ və Britaniyada müflisləşmə prosesinə başlayacaq.

Cambridge Analytica prezident Donald Trump-ın seçki kampaniyası üçün çalışıb. Şirkət Facebook-u on milyonlarla istifadəçisinin məlumatlarını qanunsuz əldə edərək bu informasiyadan ABŞ-da seçicilərə təsir göstərməyə çalışmaqda suçlanıb, ancaq özü bunu təkzib edib.