4 ayda gömrük planı artıqlaması ilə ödəyib

Astara gömrüyü

«Bu ilin yanvar-aprelində idxal-ixrac əməliyyatları üzrə dövlət büdcəsinə 1 milyard 21 milyon manat köçürülüb».

Bu barədə mayın 2-də Bakıda Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının illik Assambleyası zamanı Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev bildirib.

S.Mehdiyevin deməsinə görə, büdcə köçürmələri proqnozlaşdırılandan 36 faiz çox olub.

«Ötən il dörd ay ərzində Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 758 milyon manat vəsait köçürüb. Bu il gömrük rüsumlarının plan-proqnozu 2 milyard 430 milyon manat təşkil edir», - o, vurğulayıb.

Bu ildən ölkəyə idxal edilən bəzi malların gömrük rüsumları artırılıb.

Xatırlatma

Mayın 2-də Bakı şəhərində Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının illik Assambleyası və konfransı başlayıb.

«İqtisadi inkişaf üçün təhlükəsiz biznes mühitinə dəstək» devizi ilə keçirilən konfransa 25 ölkədən 150 nümayəndə qatılıb.

Beynəlxalq toplantı mayın 4-dək davam edəcək.