Mayın 2-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz olacağı bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 9-13, gündüz 18-23, Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacaq.
Mayın 2-də Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, amma bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı vurğulanır. Gecə 8-13, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti təxmin edilir.