Qırğızıstanın keçmiş baş naziri Sapar Isakov keçmiş prezident Almazbek Atambaev-in rəhbərlik etdiyi Sosial Demokratik Partiyanın (KSDP) sədr müavini olub.
Isakov bu posta partiyanın aprelin 27-də Bişkekdə keçirilən qurultayında seçilib. Bir gün öncə isə onu müstəntiqlər dindiriblər. Dindirilməyə ötən qışda paytaxtın bəzi hissələrinin istiliksiz qalması səbəb olub.
Isakov-un Atambaev-in müavini seçilməsi keçmiş prezidentin ona dəstəyi kimi dəyərləndirilir.
Onun hökumətini prezident Sooronbai Jeenbekov aprelin 19-da buraxıb. Parlament hökumətə etimadsızlıq səsverməsi keçirmişdi.
KSDP-nun başçılıq etdiyi hakim koalisiya da gözlənilmədən Isakov hökumətinə dəstəyini geri çəkmişdi.
Isakov-un varisi Mukhammedkalyi Abylgazievin hökuməti aprelin 25-də and içib.