Tusk-dan Kosovo və Serbiyaya çağırış

Donald Tusk Priştinada mətbuat konfransında

Avropa Şurasının prezidenti Donald Tusk Kosovonu Avropa Birliyinə inteqrasiya cəhdlərinin bir hissəsi kimi Serbiyayla münasibətləri normallaşdırmağa çağırıb.

Serbiyayla münasibətlər hərtərəfli normallaşmasa, razlaşmalar tam icra olunmasa, AB ilə münasibətlərdə sıçrayışın necə əldə olunacağını görmürəm”, – Tusk aprelin 26-da Kosovo prezidenti Hashim Taci ilə birgə mətbuat konfransında deyib.

Bunun çətin olacağını bilirəm, ancaq yenə də nikbinəm”, – Tusk sözlərinə əlavə edib.

Tusk oxşar fikirləri bir gün öncə Serbiya prezidenti Aleksandar Vucic-lə danışıqlardan sonra da səsləndirmişdi, demişdi ki, Kosovo ilə münasibətlərin normallaşması Serbiyanın AB-yə inteqrasiyası üçün əsas şərtdir.

Serbiya həm AB-yə üzv olmaq istəyir, həm də ənənəvi müttəfiqi Rusiyayla sıx münasibətlər saxlayır.

Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqillik elan edib. Onu AB-nin 28 üzvündən 23-ü daxil, 116 ölkə tanıyıb, ancaq Belqrad tanımaqdan imtina edib.

Kosovoda yaşayan 120 min serb Belqradı hələ də paytaxt sayır və Serbiyadan maliyyə dəstəyi alır.

Tusk hazırda Qərbi Balkanlara bir həftəlik səfərdədir.