Şimal küləyi gözlənir

Günəş

Aprelin 24-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Səhər bəzi yerlərdə zəif duman olacağı, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 8-11, gündüz 14-18, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da aprelin 24-də havanın, əsasən, yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında yağış yağacağı vurğulanır. Gecə 6-11, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti təxmin edilir.