Ölkə üzrə qazlaşdırma 93.9 faizə çatıb

Qaz sobası

Hazırda Azərbaycanda əhalinin qaz təchizatı 93.9 faizdir.

Bu haqda bu gün, aprelin 20-də Energetika Nazirliyində keçirilmiş kollegiya iclasında məlumat verilib.

Toplantıda qazlaşdırma layihələrinin həyata keçirilməsində dövlət dəstəyinin xüsusi rolu vurğulanıb.

Ölkədə əhalinin qaz təchizatı şəbəkəsi ilə əhatələnmə səviyyəsinin 93.9 faizə çatdırıldığını deyən SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov 2018-ci ildə regionların qazlaşdırılması proqramının müvafiq təkliflər üzrə hazırlandığını qeyd edib.

Onun bildirməsinə görə, proqrama 42 inzibati rayon üzrə yaşayış məntəqələri və qəsəbələrinin qazlaşdırılması tədbirləri daxildir.

Energetika naziri Pərviz Şahbazov toplantıdakı çıxışında ölkə başçısının sahə üzrə tapşırıqlarından danışıb. İlin sonuna kimi ölkədə qazlaşdırmanın 95 faizə çatdırılmasından bəhs edən nazir tapşırıqların nəzərdə tutulduğu vaxta qədər icrasının mümkünlüyünü ifadə edib.