Alabamada 83 yaşlı qatil edam olunub

ABŞ-da edam kamerası

ABŞ-ın Alabama ştatında təqsiri sübuta yetirilmiş 83 yaşlı qatil edam olunub. O, müasir dövrdə edam cəzasına məruz qalmış ən yaşlı məhbus sayılır.

Walter Leroy Moody Jr.-un aprelin 19-da axşam öldürücü iynəylə edam olunduğu bildirilir.

Həbsxana rəsmiləri onun son söz demədiyini bildiriblər.

Bu, Birləşmiş Ştatlarda bu il gerçəkləşdirilən səkkizinci edamdır.

Moody 1989-cu ildə Alabamada hakim Robert S. Vance-ni öldürməkdə təqsirli bilinib. Hakim evinə göndərilmiş poçt zərfini açan kimi dünyasını dəyişib.

O, həmçinin Corciya ştatında qaradərililərin hüquqlarını müdafiə edən Robert E. Robinson-un ölümünə səbəb olmuş bomba partlayışındı təqsirli sayılıb.