Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı operativ iş rejiminə keçdiyini açıqlayıb.
Hər üç saatdan bir atmosferdə müşahidələr apardığı bildirilir.
Nazirliyin yaydığı məlumata görə, aprelin 19-u səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 30 faiz yuxarı olub.
Nazirlik bir gün əvvəl, aprelin 18-də məlumat yaymışdı ki, Ərəbistan yarımadasından külək vasitəsilə Bakı və Abşeron yarımadasına toz dumanı daxil olur.
Sonuncu dəfə Bakıda tozun normadan çox olması bu il martın sonlarında qeydə alınmışdı.