Səudiyyə Ərəbistanında kinoteatr açılıb

Mohammed Bin Salman

Təxminən 40 ildən sonra Səudiyyə Ərəbistanında ilk kommersiya kinoteatrı açılıb, “Black Panther” Hollivud filmi göstərilib.

Bu filmin rəsmi təqdimatı aprelin 20-nə planlaşdırılır.

Bu hadisə vəliəhd şahzadə Muhammad bin Salman-ın mühafizəkar ölkəyə gətirdiyi dəyişikliklərdən biridir. Şahzadə ölkəni mədəni baxımdan açıq etməyə, ölkə iqtisadiyyatının neft ixracından asılılığnı azaltmağa boyun olub.

Filmə baxmağa həm kişilər, həm də qadınlar gəlib.

Bu, Səudiyyə Ərəbistanının daha dinamik iqtisadiyyata və cəmiyyətə transformasiyasında tarixi andır”, – mədəniyyət və informasiya naziri Awwad Alawwad film göstərilməmişdən deyib.

Hökumətin proqnozuna görə, ölkədə kinoteatrların açılması iqtisadiyyata 24 milyard dollardan çox vəsait gətirəcək, 2030-cu ilədək 30 mindən çox iş yeri yaradacaq.

Rəsmilər növbəti 12 il ərzində ölkədə 300 kinoteatrın tikiləcəyini bildirirlər.