Rusiya ABŞ təyyarələrinə uçuş icazəsini uzadır

Arxiv fotosu

Rusiya öz hava məkanında Birləşmiş Ştatların təyyarələrinin uçuşuna icazənin müddətini uzadıb. ABŞ Dövlət Departamenti aprelin 17-də bildirib ki, Rusiya həmin müddəti oktyabrın 28-dək, həm də əvvəlki razılaşmanın vaxtının bitməsinə bir neçə saat qalmış uzadıb. Ancaq konkret marşrutlar açıqlanmır.

Əvvəlki müddət aprelin 17-də Vaşinqtonda vaxtıyla axşam 8-də bitirdi.

Departamentin sözçüsü Heather Nauert demişdi ki, ABŞ təyyarələri artıq marşrutlarını Rusiyanın hava məkanından uzaqlaşdırmağa başlamışdılar.

Aviasiyada bu cür pozuntu istəmirik, ona görə də işlək mexanizm üzərində çalışırıq”, – Nauert jurnalistlərə deyib.

Hər həftə Rusiyanın şərqindən yüzlərlə beynəlxalq uçuş həyata keçirilir. Bu, Cənubi Asiyaya qısa və ucuz yol sayılır.

Bu arada Moskvayla Vaşinqton arasında gərginlik yaşanmaqdadır. Aprelin 14-də Birləşmiş Ştatlar, Fransa və Britaniya Suriyaya raket zərbələri endirib. Zərbələr Suriyada şübhəli kimyəvi qaz hücumuna cavab olaraq gerçəkləşdirilib. Qərb ölkələri bu hücumda Suriya hökumət qüvvələrini suçlayır.