'Azərbaycan Xalq Cümhuriyyəti-100' loqotipi hazırlanıb

Loqotip

Mədəniyyət və Turizm Nazirliyi «Azərbaycan Xalq Cümhuriyyəti-100» loqotipi hazırlayıb.

Bu barədə nazirliyin bu gün, aprelin 17-də yaydığı məlumatda bildirilir. Loqotipin müəllifi Zaur Həmzəyevdir.

Azərbaycan prezidenti ötən il mayın 16-da «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında» və bu il yanvarın 10-da «2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti İli elan edilməsi haqqında» sərəncamlar verib.

«Loqotip Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərində istifadə olunmaq üçün nəzərdə tutulub», - məlumatda vurğulanır.

Xatırlatma

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-nə kimi mövcud olub. O, Rusiya qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində süqut edib. Azərbaycan bir də 1991-cldə müstəqillik əldə edib.