Rusiyalı fəallar Volokolamsk şəhəri yaxınlığındakı zibilliyə gedən yolu bağlayan etirazçıları polisin zorakılıqla dağıtdığını, azı 10 nəfəri qısa müddətə saxladığını bildirir.
Aprelin 15-də bir neçə yüz nəfər Moskvadan 120 km qərbdə yerləşən Yadrovo zibilliyinə gedən yolda qol-qola girərək duraraq yük maşınlarının yolunu kəsib.
Volokolamsk sakinləri yanvardan bu zibilliyə qarşı çıxır, onun zəhərli qazlar buraxdığını bildirirlər. Martın 21-də onlarla uşaqla qazdan zəhərlənmə simptomuyla xəstəxanaya yerləşdiriləndən sonra etirazlar daha da güclənib.
Aprelin 15-də yayılmış videoda polisin bir neçə kişini və qadını qolundan yapışaraq zorla kənara çəkdiyi görünür.
Bir gün öncə isə Volokolamsk 1000 nəfər yolu bağlayıb, Yadrovo zibilliyinin qapadılmasını tələb edib.
Aprelin 14-də zibilliklərə oxşar etirazlar Moskva ətrafında daha səkkiz şəhərdə keçirilib.