Rusiya səfiri Britaniyanın xarici işlər naziri ilə görüş istəyib.

Aleksandr Yakovenko

Rusiyanın Böyük Britaniyadakı səfiri Aleksandr Yakovenko Britaniyanın xarici işlər naziri Boris Johnsonla görüşmək üçün nazirliyə rəsmi müraciət göndərib.

Britaniyadakı Rusiya səfirliyinin məlumatına Yakovenko Johnsonla, keçmiş rusiyalı kəşfiyyatçı Sergei Skripal və qızı Yuliya-nın Solsberidə zəhərlənmələri ilə bağlı istintaqın gedişini və ümumilikdə ikitərəfli münasibətləri müzakirə etmək istəyir.

Skripalla qızı Yuliya martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində zəhərləniblər.

Həmin gündən koma vəziyyətində olan Skripalın artıq aprelin 6-da özünə gəldiyi və danışmağa başladığı bildirilir.

Qızı Yuliya isə hələ bundan əvvəl özünü gəlib.

London bəyan edib ki, bu insidentin arxasında Rusiya durur.

Moskva ittihamı rədd edir.

London bu insidentə görə 23 Rusiya diplomatını ölkədən çıxarıb.

Öz növbəsində Moskva buna müvafiq cavab verib.

Həmçinin bir çox dünya ölkələri Londona həmrəylik nümayiş etdirərək bir neçə Rusiya diplomatını ölkədən çıxarıblar.

Moskva da müvafiq addımnlar atıb.