Azərbaycanda pul bazasının həcminin çoxaldığı bildirilir.
Mərkəzi Bankın (MB) məlumatına görə, aprelin 1-nə pul bazası 9 milyard 471 mln. manat olub. Mart ayında pul bazası 290 milyon manat artıb.
Son bir ildə ölkədə pul bazasının 2 milyard manatdan çox artdığı vurğulanır.
MB-nin pul bazasının həcmi ilə bağlı açıqladığı rəqəm 2015-ci ilin əvvəli ilə müqayisədə ən yüksək göstəricidir. 2015-ci ilin yanvarında Azərbaycanın pul bazası 10 milyard 551 milyon manatdan çox olmuşdu.