Yerevanda restoranda 8 nəfər yaralanıb

Rəsmilər partlayışdan sonra xəstəxanaya baş çəkib

Ermənistanın paytaxtı Yerevanda Burger King restoranında preslənmiş kanistr partlayıb, polis səkkiz nəfərin xəsarət aldığını bildirir.

Partlayışın aprelin 2-də axşam restoranın mətbəxində baş verdiyi qeyd olunur. Xəsarət alanların üçü ermənistanlı, üçü rusiyalı, ikisi iranlıdır, xəstəxanaya yerləşdiriblər.

8 yaşlı erməni qızın yaraları ciddidir, digərləri daha yüngül xəsarət alıb.

Rusiyanın TASS dövlət xəbər agentliyinin məlumatına görə, yaralılar içində üç 15 yaşlı rusiyalı yeniyetmə var. Interfax agentliyi rusiyalıların durumunun “orta ağır” olduğunu bildirir.

Partlayışın səbəbi dərhal bəlli olmasa da, polis sui-qəsd ehtimalını rədd edib.