Çinin kosmik laboratoriyası fəzada yanıb

Arxiv fotosu

Çin bildirir ki, köhnəlmiş kosmik stansiyası Yerin atmosferinə daxil olub və Cənubi Sakit Okean üzərində yanıb. Bununla da onun yeddi illik missiyası bitib.

Çin kosmik agentliyi aprelin 2-də bildirib ki, Tiangong-1 kosmik stansiyasının hər hansı böyük hissəsinin yerə çatacağı real deyil.

Uzunluğu 10,4 metr olan Tiangong-1 2011-ci ildə orbitdə eksperimentlər aparmağa göndərilib. Axı, Çin 2023-cü ilədək orbitdə daimi stansiya qurmağa hədəfləyir.

Stansiyanın ötən ilin sonunda yenidən atmosferə daxil olacağı bildirilsə də, proses yubanırdı. Bəzi ekspertlər kosmik laboratoriyanın nəzarətsiz uçması ehtimalını irəli sürürdülər.

Kosmik gəminin atmosferə yenidən daxil olması normaldır, ancaq Tiangong-1-in bu qədər diqqət çəkməsinin bir səbəbi bəzi Qərb ölkələrinin Çinin sürətlə artan aerokosmik sənayesi ətrafında hay-küy qopartmaq, ona kölgə salmaq cəhdiydi”, – Çinin “Global Times” tabloydu aprelin 2-də yazıb.

Avropa Kosmik Agentliyinin daha öncə bildirməsinə görə, stansiyanın suyun üzərində partlaması ehtimalı böyük idi, onun qalıqlarının kimisə vurması ehtimalı isə “hər il ildırım vurmasından 10 milyon dəfə azdır”.