Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti faktiki hava ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, ölkə ərazisində martın 30-u gün ərzində, 31-i səhərədək hava şəraiti qeyri-sabit keçib.
“Şimşək çaxıb, arabir yağış, dağlıq ərazilərdə qar yağıb. Bəzi rayonlarda, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda güclü şimal-qərb küləyi əsib”, – məlumatda yazılır.
Nazirlik bildirir ki, qar örtüyünün hündürlüyü Xınalıqda 26, Şahdağda 24 sm olub.