Martın 31-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı bildirilir. Güclü şimal-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında mülayimləşəcəyi vurğulanır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da yağış, dağlıq ərazilərdə qar yağacağı bildirilir. Gecə qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir güclənəcəyi təxmin edilir. Gecə 4-9, gündüz 10-15, dağlarda gecə 0-5, gündüz 3-8 dərəcə isti olacağı gözlənir.
Nazirlik faktiki hava ilə də bağlı məlumat yayıb.
«Martın 31-i səhərədək güclü küləkli hava şəraitinin davam edəcəyi, şimal-qərb küləyinin sürətinin 18-23, bəzən 25-30, yarımadanın bəzi yerlərində isə arabir 32-35 m/s-dək güclənəcəyi gözlənir», - məlumatda yazılır.