Bu gün, martın 29-da Xaçmaz rayonunda Azərbaycan və Rusiya gömrükçülərinin görüşü olub.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Məlumatda bildirilir ki, Xaçmaz Gömrük İdarəsinin Rusiya-Azərbaycan sərhədində yerləşən «Samur» sərhəd-keçid məntəqəsində baş tutan görüşdə iki ölkənin gömrük qurumlarının rəsmiləri bir araya gəlib.
Görüşdə məlumat mübadiləsi, yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sinxronlaşdırılması və başqa sahələrdə səylərin artırılmasının vacibliyinin vurğulandığı bildirilir.
Tərəflər xüsusilə kənd təsərrüfatı məhsullarının sərhəddən keçməsinin sürətlənməsi və yaranan problemlərin operativ şəkildə aradan qaldırılması istiqamətində müzakirələr aparıb.
Görüşün sonunda müzakirə edilən məsələlərə dair işçi protokol imzalanıb.