Telegram-ın işində fasilə yaranıb

İllüstrativ foto

Telegram messencerinin işində fasilə yaranıb. Rusiyanın Avropa hissəsində, Ukraynada, Belarusda, Niderlandda, İtaliya və Slovakiyada istifadəçilərin çoxu mobil əlavənin işləmədiyini bildiriblər.

Azərbaycanda da bir sıra istifadəçilərdə oxşar problem yaranıb.

Downdetector servisi də belə bir məlumat dərc edib.

Messencer təsisçiləri Avropada, keçmiş MDB ölkələrində, eləcə də Yaxın Şərqdə istifadəçilərin problemlərlə üzləşdiyini təsdiqləyib. Xidmətin Twitter-də yaydığı informasiyaya görə, hazırda problemin həlli üzərində işləyirlər.

Martın 20-də Rusiyanın Roskomnadzor qurumu Telegram-a xəbərdarlıq edib ki, qanunun tələbinə əməl etsin, şifrələmə açarlarını Rusiya Federal Təhlükəsizlik Xidmətinə ötürsün. Telegram-ın buna görə 15 günü var. Vaxt bitincə Roskomnadzor messencerin bloklanmasıyla bağlı məhkəməyə müraciət edə bilər.

Telegram-ın yaradıcısı Pavel Durov-un bildirməsinə görə, şirkət şəxsi həyatın azadlığı və toxunulmazlığını qorumağa davam edəcək.