Kataloniyanın keçmiş lideri Almaniyada saxlanıb

Carles Puigdemont, arxiv fotosu

Carles Puigdemont, arxiv fotosu

Kataloniyanın keçmiş lideri İspaniyanın çıxardığı həbs qərarı əsasında Almaniyada saxlanıb.

Carles Puigdemont İspaniyada separatçılıq və üsyanda ittiham olunur. O, Finlandiyaya səfərdən sonra Danimarkaya keçmək istərkən saxlanıb.

Vəkili deyib ki, Puigdemont mühacirətdə yaşadığı Belçikaya gedirmiş. Ötən oktyabrda Kataloniyanın İspaniyadan ayrıldığını elan edəndən sonra o, Belçikaya sığınıb.

Puigdemont-un martın 26-da Şlezviq şəhərində məhkəmə qarşısına çıxarılacağı bildirilir.

Bu arada Kataloniya paytaxtı Barselonaya minlərlə adam yığışaraq onun saxlanmasına etirazlarını bildiriblər.

Regionda gərginlik qalmaqdadır. Separatçı liderlər prezidentliyə yeni namizədin adını çəkməyiblər. Ötən həftənin əvvəlində sonuncu namizəd Jordi Turull saxlanmışdı.