Astara və Lənkəran rayonları ərazisində yüksək dağ massivində baş verən yanğınların söndürüldüyü bildirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, “Hirkan” Milli Parkın ərazisində və meşə fonduna aid ərazilərdə kol-kos, quru ot, qurumuş ağac kötükləri yanıb. “Milli Parkın və meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub”, məlumatda vurğulanır.
Fövqəladə Hallar Nazirliyi martın 25-də səhər saatlarında yaydığı məlumatda bildirirdi ki, martın 24-də sözü gedən rayonların dağlıq ərazilərində yanğın baş verib.
Martın 24-də Lerik rayonunda dağlıq ərazidə, Şabran rayonlarında isə bələdiyyə torpaqlarında da yanğın baş verdiyi açıqlanmışdı.Həmin ərazilərdə küləyin yanğının söndürülməsinə çətinlik yaratdığı açıqlanmışdı.
Martın 25-i səhər saatlarında həmin rayonlarda da yanğının söndürüldüyü bildirilib.