Şimali Koreyayla üçtərəfli sammit “mümkündür”

Moon Jae-in

Cənubi Koreya prezidenti Moon Jae-in martın 21-də deyib ki, Şimali Koreya və Birləşmiş Ştatlarla üçtərəfli sammit mümkündür və belə bir görüş Koreya yarımadasında nüvə təhdidinə son qoyulmasına fokuslanmalıdır.

Moon gələn ay Şimali Koreya lideri Kim Jong Un-la görüş planlaşdırır. ABŞ prezidenti Donald Trump isə deyib ki, mayın sonunadək Kim-lə görüşəcək.

“Koreyalararası sammitdən sonra Şimali Koreya-ABŞ sammiti tarixi hadisə olar”, – Moon Seulda deyib.

Seul rəsmilərinin fikrincə, Moon-la Kim-in görüşəcəyi Panmunjom sərhəd kəndində üçtərəfli görüş də keçirilə bilər.

Cənubi Koreya və Birləşmiş Ştatlar gələn ay birgə hərbi təlimləri bərpa edəcək. Təlimlər Cənubi Koreyada Qış Olimpiya oyunlarına görə ertələnmişdi.