Azərbaycanlı mütəxəssislər ABŞ-ın təhsil modelini öyrənir

Azərbaycanın Təhsil Nazirliyi

Azərbaycandan 5 təhsil mütəxəssisi ABŞ-a səfər edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin martın 17-də yaydığı məlumatına görə, onlar peşə təhsili modelini öyrənəcəklər.

Həmin mütəxəssislər Azərbaycanın Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Təhsil İnstitutunun işçilərdirir. 5 mütəxəssisdən ibarət qrup Beynəlxalq Ziyarətçılərin Liderlik Proqramı (IVLP) çərçivəsində ABŞ-ın peşə təhsili modelini öyrənəcəklər.

Proqram müddətində nümayəndə heyəti ABŞ-dan olan həmkarları ilə müzakirə aparacaq, ictimai, özəl və elm sahəsində təcrübə keçəcəklər.

Mütəxəssis qrupu eyni zamanda yeni texnologiyardan istifadə və peşə inkişafı haqqında ABŞ modeli haqda biliklər əldə edəcəklər.