Fars Körfəzində İran gəmiləriylə toqquşmalar azalıb

James Mattis s

Pentaqon bildirir ki, avqustdan Fars körfəzində İran gəmiləriylə toqquşmalar xeyli azalıb.

Onlar son illərdəki kimi təhrikçi davranışı daha sərgiləmirlər”, – müdafiə naziri Jim Mattis martın 15-də Yaxın Şərqdən səfərdən qayıdarkən jurnalistlərə deyib.

O bu azalmanın səbəbini anlamadığını da söyləyib.

Onun sözlərinə görə, həm İran donanması, həm də İran İnqilab Keşikçiləri Korpusunun gəmiləri son vaxtlar bu toqquşmaları səngidib.

“Daha gəmilərimizə çox yaxın gəlmirlər”, – Mattis bildirib.

ABŞ prezidenti Donald Trump Birləşmiş Ştatlar gəmilərinə təhdid yaradan istənilən İran gəmisini “suda partlatmaqla” hədələmişdi. Amma Mattis İranın son hərəkətini bu təhdidlə də əlaqələndirməyib.

Son illər ABŞ donanması gəmilərinin İran gəmiləri tərəfindən qısnamaya məruz qaldığını bildirirdi.