Martın 13-də İranda Hamid Baghai saxlanıb. O, mühafizəkar Mahmud Ahmadinejad-ın prezidentliyi dövründə vitse-prezident olub. Baghai daha öncə korrupsiyada təqsirli bilinmişdi.
“Polis əməkdaşları məhkumluğu həbsxana rejiminə transfer ediblər”, – Tehran prokurorluğundan “Fars” xəbər agentliyinə bildirilib.
Baghai dekabrda mənimsəmə və qanunsuz biznes sövdələşmələrində təqsirli bilinərək 15 illik həbsə məhkum edilib.
48 yaşlı Baghai Ahmadinejad-a yaxın idi, onun prezidentliyinin ikinci dönəmində aparat rəhbəri də olub.
2011-13-cü illərdə vitse-prezident kimi fəaliyyət göstərmiş Baghaei 2015-ci ildə korrupsiya ittihamlarıyla qısa müddətə saxlanmışdı.
O, ötən ilin mayında prezident seçkisinə buraxılmadı və mayda bir neçə həftəliyə saxlandı.