Fransanın Marsel şəhərində rusiyalı nəzarətə alınıb. O, 2016-cı ildə Avro 2016 futbol çempionatı zamanı bir ingilis azarkeşin xəsarət aldığı hücumda şübhəli bilinir.
31 yaşlı şübhəlinin adı açıqlanmır. Onun saxlandığını ştat prokuroru Xavier Tarabeux martın 12-də “Frans Pres” agentliyinə bildirib.
Təqsirli bilinərsə, rusiyalı qətlə cəhd və ağır xəsarət yetirməyə görə 15 illik həbsə məhkum edilə bilər.
O, Münhen aeroportunda saxlanıb, Almaniya hakimiyyəti tərəfindən Fransaya təhvil verilib. O zaman Spartak Moskvanın Avropa Liqasındakı oyununa görə İspaniyanın Bilbao şəhərinə gedirmiş.
Onda Berlindəki Rusiya səfirliyi həbsə etiraz edib.
Bir neçə aydan sonra Rusiyada futbol üzrə dünya çempionatı keçiriləcək. 2016-cı il iyunun 11-də Marseldə Rusiya-İngiltərə oyunundan öncə küçə toqquşmaları baş vermişdi, indi onların təkrarlana biləcəyi qorxusu yaranıb.
30 nəfərin xəsarət aldığı həmin zorakılıqdan sonra Fransa rusiyalı və ingilis azarkeşləri həbs etdi, 20-dən çoxunu deportasiya etdi.