Ukrayna bildirir ki, ölkənin şərqində toqquşmalarda bir əsgəri öldürülüb, üçü yaralanıb.
Müdafiə Nazirliyinin martın 12-də bildirdiyinə görə, Rusiyanın dəstəklədiyi separatçılar son 24 saat ərzində pulemyotlardan atəş açaraq atəşkəsi bir neçə dəfə pozub.
Separatçılarsa hökumət qüvvələrinin minaatanlar və pulemyotlarla atəşkəsi bir neçə dəfə pozduğunu bildirir.
2014-cü ilin aprelində Ukraynanın Donetsk və Luqansk regionlarında 10 min 300-dən çox adam öldürülüb.
İndiyədək elan olunan bir neçə atəşkəs razılaşması iflas edib.