Martın 9-da Gürcüstanın müdafiə naziri Levan İzorianın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfərə başlayıb.
Elə bu gün, martın 9-da səhər prezident İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı bildirib ki, iki ölkə arasında siyasi münasibətlər uğurla inkişaf edib. Müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurlu əməkdaşlıq mövcuddur.
Xəbərdə qeyd edildiyinə görə, L.İzoria isə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edib. O, Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığına toxunaraq bunu regional sabitliyi möhkəmləndirən amil kimi dəyərləndirib.
Prezident İ.Əliyev də öz növbəsində Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bəyan edib.
L.İzorianın rəhbərlik etdiyi nümayəndə heyəti daha sonra Azərbaycan Müdafiə Nazirliyində olmalıdır.
Gürcüstan müdafiə nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri martın 10-dək davam etməlidir.