Martın 9-da Gürcüstanın müdafiə naziri Levan İzorianın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri gözlənir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
«Səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub», - məlumatda vurğulanır.
Səfər martın 10-dək davam etməlidir.