Kreml apreldə Rusiya, İran və Türkiyə prezidentlərinin görüşəcəyini təsdiqləyib.
Vladimir Putin, Hassan Rohani və Recep Tayyip Erdogan-ın görüşəcəyi təsdiqlənsə də, görüşün yeri və vaxtı açıqlanmayıb.
Bəyanatı Kreml martın 7-də yayıb.
Hər üç ölkə Suriyadakı vətəndaş müharibəsində yaxından iştirak edir.
Türkiyənin Xarici İşlər Nazirliyi də martın 6-da bildirmişdi ki, liderlər apreldə görüşəcəklər.
Türkiyə və ABŞ rəsmilərinin isə martın 8-9-da Vaşinqtonda müzakirələr aparacağı gözlənir.