Cənubi Koreya prezidenti Moon Jae-in deyir ki, Şimalın Birləşmiş Ştatlarla nüvəsizləşdirməni mzakirə etmək təklifiylə bağlı “nikbin olmaqdan ötrü çox tezdir”.
“Hələ start xəttindəyik”, – Moon martın 7-də partiya liderləriylə görüşündə deyib. Daha öncə onun elçiləri Pxenyana səfərdən sonra Şimali Koreya lideri Kim Jong Un-un təklifini açıqlayıblar.
Moon danışıqlar masasına qayıtmaq əvəzində Pxenyanla gizli razılaşmayla bağlı iddiaları rədd edib.
“Şimala hədiyyə kimi belə bir şeydən söhbət gedə bilməz”, – Moon vurğulayıb.
Cənubi Koreya lideri Birləşmiş Ştatlarla sıx əməkdaşlığı qoruyub saxlamağın vacibliyini qeyd edib. “Məncə, nüvəsizləşdirmə danışıqları Cənubi Koreyayla Birləşmiş Ştatlar ümumi mövqe tutduğu zaman mümkün olar”, – o, sözlərinə əlavə edib.
Moon söyləyib ki, koreyalararası dialoqun nəticəsi kimi sanksiyaların dayandırılmasından söhbət gedə bilməz.
“Sülhə nail olmaqdan ötrü koreyalararası danışıqlar yetərli olmayacaq”, – o bildirib.