Rayonlarda qar gözlənir

Sizin brauzer HTML5-i dəstəkləmir

Bu kənddə bir çox evlərin üstündə 'Satılır' elanı görmək olar

Martın 5-də Bakı və Abşeron yarımadasında havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Gecəyə doğru bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.Arabir güclənən cənub-qərb küləyinin əsəcəyi, gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacağı vurğulanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq.

Martın 5-də ölkənin əksər rayonlarında isə yağış, dağlıq ərazilərdə qar yağacağı bildirilir.

Gecə 3 dərəcə şaxtadan 5 dərəcəyə kimi isti, gündüz 7-13 dərəcə isti təxmin edilir.

Naxçıvan Muxtar Respublikasında temperaturunun müsbət 16 dərəcəyə kimi yüksələcəyi gözlənir.