Serbiya Avropa Birliyinə qoşula bilməkdən ötrü Kosovoyla mübahisəsini həll etməli və bir sıra islahatlar həyata keçirməlidir. Bunu Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker Belqradda Serbiya prezidenti Aleksandar Vucic-lə danışıqlardan sonra deyib.
Juncker-in fikrincə, Serbiya düzgün yoldadır, amma AB həll olunmamış ərazi məsələləri olan yeni üzvləri qəbul edə bilməz.
“Serbiya AB yolunda ciddi irəliləyiş qazanıb, ancaq bir sıra problemlər həll olunmamış qalır”, – Juncker fevralın 26-da söyləyib.
Komissiya prezidentinin sözlərinə görə, Serbiya AB-yə üzv olmamışdan öncə məhkəmə islahatları gerçəkləşdirməli, hüququn aliliyi sahəsində irəliləyiş əldə etməlidir.