Türkiyə kürd liderin ekstradisiyasını tələb edir

Salih Muslim

Salih Muslim

Türkiyə Suriyanın kürd icmasının tanınmış liderinin ekstradisiyasından ötrü Çexiya hökumətinə sənədləri təqdim etdiyini bildirir.

Türkiyə baş nazirinin müavini Bekir Bozdag deyib ki, Demokratik Birlik Partiyasının (PYD) keçmiş həmtəsisçisi olan Salih Muslim fevralın 26-da Praqada məhkəmə qarşısına çıxarılacaq.

Muslim fevralın 24-də Praqada Ankaranın xahişiylə saxlanıb.

PYD Ankaranı “vətəndaşı olmayan şəxslərin, hüquqi əsaslandırma olmadan həbsini tələb etməkdə” suçlayıb.

Türkiyədə məhkəmə Muslim-ə “dövlətin və ölkənin birliyini pozmaq” və digər ittihamlar irəli sürüb.

Türkiyənin “terror qrupu” hesab etdiyi PYD Suriyanın şimalında kürdlərin əsas siyasi qüvvəsidir. Muslim ötən il həmsədrlikdən istefa versə də, qurumda nüfuzu güclüdür.