15 dərəcə ist gözlənir

İllüstrasiya

Fevralın 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Bəzi yerlərdə zəif duman, çiskin olacağı gözlənir. Şimal-şərq küləyinin əsəcəyi, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 4-6, gündüz 7-10 dərəcə isti oalcaq.
Fevralın 26-da ölkənin əksər rayonlarında isə yağış, dağlıq ərazilərdə qar yağacağı vurğulanır.

Gecə 3 dərəcə şaxtadan 7 dərəcəyə kimi isti, gündüz 10-13 dərəcə isti olacağı bildirilir. Naxçıvan Muxtar Respublikasında temperaturun gündüz hətta müsbət 15 dərəcəyə yüksələcəyi gözlənir.