Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu gün, fevralın 22-də Belarusun paytaxtı Minsk şəhərinə səfər edib.
Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Səfər Belarus müdafiə naziri Andrey Ravkovun dəvəti ilə həyata keçirilir.
«Səfər çərçivəsində Azərbaycanın müdafiə nazirinin Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirakı, bu ölkənin hərbi-siyasi və başqa dövlət strukturlarının rəhbərləri ilə görüşləri planlaşdırılır», - məlumatda bildirilir.
Bundan əlavə, Z.Həsənovun Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisələrə baxışı nəzərdə tutulur.