Ukrayna ölkənin şərqində rusiyapərəst separatçılarla toqquşmalarda bir əsgərinin öldürüldüyünü, yeddisinin yaralandığını bildirir.
Müdafiə Nazirliyinin fevralın 21-də bildirməsinə görə, separatçılar son 24 saat ərzində atəşkəsi artilleriya, pulemyotlar, qumbaraatanlar və minaatanlarla 15 dəfə pozublar.
Separatçılarsa hökumət qüvvələrinin eyni növ silahlarla atəşkəsi 14 dəfə pozduğunu bildirir.
2014-cü ilin aprelindən Donetsk və Luqansk regionlarında hökumət qüvvələriylə separatçıların toqquşmalarında 10 min 300-dən çox adam ölüb.
Minsk razılaşmaları çərçivəsində əldə olunan atəşkəslər iflas edib.