Müdafiə naziri Belarusa gedir

Zakir Həsənov

Azərbaycan müdafiə naziri Zakir Həsənovun fevralın 22-də Belarusun paytaxtı Minskə gedəcəyi gözlənir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumata görə, səfər onun belaruslu həmkarı Andrey Ravkovun dəvəti ilə gerçəkləşəcək.

İşgüzar səfər çərçivəsində Z.Həsənovun Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edəcəyi bildirilir. Habelə, onun bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşləri nəzərdə tutulub.