Belarus jurnalist döyüldüyünü deyir

Belarusda seçki

Belarusda jurnalistə hüquq-mühafizə əməkdaşlarına müqavimət ittihamı irəli sürülüb. Amma jurnalistin çalışdığı Belsat TV onun polis tərəfindən döyüldüyünü bildirir.

Belsat jurnalist Andrus Kozel-in fevralın 19-da məhkəmə qarşısına çıxarılacağını qeyd edir.

Belsat-ın məlumatına görə, Kozel fevralın 18-də yerli seçkiləri işıqlandıran zaman dörd polis ona hücum edib. Jurnalist Minskdə bir seçki məntəqəsindən Facebook səhifəsində canlı yayım verirmiş.

Belsat Kozel-in başından xəsarət aldığını bildirir.

Bu telekanal Polşada yerləşən Telewizja Polska-nın filialıdır, Belarus və rus dillərində yayımlanır və prezident Alyaksandr Lukashenka hökumətini tənqid edir.

İnsan haqları fəalları Lukashenka hökumətinin 24 ilə yaxın hakimiyyətdə olduğu müddətdə müstəqil medianı məhdudlaşdırdığını bildirir.