Qazaxıstanda saxlanan qırğız deputat “qaçaqmalçı deyil”

Damirbek Asylbek uulu

Qazaxıstanda qaçaqmalçılıq ittihamıyla saxlanmış qırğız deputatın həmkarları onun günahsız olduğunu deyir.

Qırğızıstan adlı partiyadan parlament üzvləri fevralın 19-da deyiblər ki, deputat Damirbek Asylbek-Uulu-nun qonu ölkədə saxlanması “sürpriz” olub.

Asylbek-Uulu-nun “üzləşdiyi ittihamlarla heç bir bağlılığı yoxdur”, bəyanatda deyilir.

Deputatlar məsələnin Qazaxıstanda gərəkən səviyyədə araşdırılacağına inandıqlarını dilə gətirirlər.

Qazaxıstan və Qırğızıstan mediası fevralın 15-16-da yazıb ki, Qazaxıstanda qaçaqmalçılıq əleyhinə əməliyyatda 29 nəfər saxlanıb.

Saxlanan şübhəlilərdən dördünün Asylbek-Uulu daxil olmaqla qırğızıstanlı olduğu bildirilir.