Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti faktiki hava ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, ölkə ərazisində fevralın 18-dən 19-u səhərədək hava şəraiti qeyri-sabit olub, yağış, bəzi yerlərdə sulu qar, qar yağıb.
«Qar örtüyünün hündürlüyü Şahdağda 53, Daşkəsəndə 21, Gədəbəydə 20, Baş Daşağıl HM-da (Şəki) 17, Altıağacda 16, Göygöldə 15, Xınalıqda isə 43 santimetr təşkil edib», -məlumatda vurğulanır.