London şəhərində Azərbaycan və Böyük Britaniya müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib.
Bu barədə bu gün, fevralın 17-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, tədbirdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, regional təhlükəsizlik və başqa maraq doğuran məsələlər müzakirə olunub.
Danışıqların yekunu olaraq “Azərbaycan Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2018/2019-cu maliyyə ili üzrə hərbi əməkdaşlıq Planı” imzalanıb.
Planın detalları, hələlik, açıqlanmır.