Fevralın 16-da Bakı və Abşeron yarımadasında zəif duman, çiskin olacağı bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumata görə, Abşeronda gecə 2-5, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq.
Fevralın 16-da Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, bəzi şimal və şərq rayonlarında çiskin olacağı vurğulanır. Gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti təxmin edilir.